Slimfit
  1. MEDİA

Trampın bu tviti birjaları alt-üst etdi: Bakıya təsiri... - Ekspert

Trampın bu tviti birjaları alt-üst etdi: Bakıya təsiri... - Ekspert
Sakura

Trampın bu tviti birjaları alt-üst etdi: Bakıya təsiri... - Ekspert

Dünyanın taleyi və dünya iqtisadiyyatı getdikcə daha da qızışmaqda olan ABŞ-Çin ticarət müharibəsindən asılıdır.

Axar.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov deyib. O bildirib ki, hazırda maliyyə və fond birjalarında aləm bir-birinə dəyib:

"Tramp artıq ay ərzində ikici dəfədir ki, yazdığı tvitlə hər şeyi alt-üst edir. Bu günlərdə “Blumberq”də iqtisadçıların şərhlərinə və həyacanlarına baxdıqda, vəziyyətin ciddiliyi aydın olur. Belə bir şey, belə bir miqyasda qarşıdurma tarixdə heç bir zaman olmayıb".

F.Çıraqov Trampın avqustun 23-də keçirilən görüşün ardından FES rəhbəri ilə bağlı yazdığı tvitdən sonra birjalarda vəziyyətin gərginləşdiyini bildirib:

"Avqustun 23-də ABŞ-ın Kanzas ştatının “Ceksn Hol” (Jackson Hole) qəsəbəsində dünya iqtisadiyyatı üçün çox mühüm görüş keçirildi. Bir neçə həftə idi, hamı bu görüşü səbirsizliklə gözləyirdi. Hamı üçün FES-in rəhbərinin çıxışında nə deyəcəyi maraqlı idi. Çox ağır və məsuliyyətli çıxış idi. Çünki hətta bir intonasiya və ya sözün başqa tonda ifadə edilməsi öz təsirini göstərə bilərdi. Çıxışdan Trampın xoşu gəlmədi və bir tvit atdı ki, "Kimdir daha böyük düşmən? Çin lideri Si Szinpin, yoxsa Cerom Pauel ?" Bundan sonra birjalar alt-üst oldu. Arxasınca elə bu saatlarda Çinlə 300 milyardlıq ticarətə qoyulan 10 faizlik tarifin 15 faizə qaldırılmasını elan etdi. Bundan əvvəl avqustun 23-də Çin də ABŞ-la ticarətə yeni taarifləri elan etdi. Bütün analitiklər də texniki indikatorların qlobal iqtisadi böhranın və ya geriləmənin olacağı praqnozunu verirlər. Görünən odur ki, həqiqətən köhnə düzən tam şəkildə sökülür".

Ekspertin sözlərin görə, bütün bunların ölkəmizə də təsiri olacaq:

"Bizə ilk və birbaşa təsirinə gəldikdə. Qlobal iqtisadiyyatın geriləməsi və zəifləməsi fonunda enerji qiymətləri qaçılmaz olaraq aşağı düşəcək. Bu da təbii ki, bizə də öz təsirini göstərəcək".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR