Dərc edildi: Baxış sayı: 468
Trampın adanı almaq istəyi reklama çevrildi
Qrenlandiya ABŞ-la əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Axar.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Qrenlandiyanın Avropa Birliyindəki Nümayəndəliyinin rəhbəri Mininquak Kleyst deyib.
“Biz uzun illərdir Qrenlandiyada bazası olan ABŞ-la əməkdaşlıq edirik. Qrenlandiya və ABŞ arasında əməkdaşlığın gücləndirməkdə maraqlıyıq”, – deyə o bildirib.
Kleyst Trampın adanı almaqla bağlı təklifinin Qrenlandiyanın reklamına kömək etdiyini söyləyib:
“Biz artıq bəyan etmişik ki, biznes üçün açığıq, amma satılmırıq. Ümumiyyətlə isə bu söz ciddi reklam oldu, belə reklam kampaniyasının aparılması böyük pullar hesabına mümkün olardı”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət