Dərc edildi: Baxış sayı: 529
Trampı yola salmaq mümkün olmur - Pelosi narahatdır
Respublikaçılar Trampla bağlı Senatda ədalətsiz proses hazırlayırlar.
Axar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.
“Mən Makkonelin sözlərini ədalətli saymıram. O özünü qərəzsiz hesab etmir və Ağ Evlə koordinasiyalı hərəkət edir”, – deyə o bildirib.
Qeyd edək ki, Senatda Trampın impiçmentinin təsdiqi üçün senatorların 3/2-nin (66 səs) səsinə ehtiyac var. Senatda Trampı dəstəkləyən respublikaçıların sayı 53-dür və onlar artıq impiçmentin əleyhinə səs verəcəklərini açıqlayıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət