Dərc edildi: Baxış sayı: 460
:0
Trampdan xoş xəbər: Moskva və Ər-Riyadla...
ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı öz neft sənayelərini qorumaq üçün neftin qiymətinin qalxması ilə bağlı müzakirə aparacaq.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Biz toplaşmağa hazırlaşırıq ki, görək, nə edə bilərik. Çünki neft sənayesini itirmək istəmirik. Bu, yüzminlərlə iş yeri deməkdir”, - Tramp bildirib.
O qeyd edib ki, neftin ucuzlaşması ABŞ aviaşirkətlərinə kömək edir, digər tərəfdən isə neft sənayesinə zərbə vurur:
“Bunları iki ölkə (Rusiya və Səudiyyə Ərəbistanı) müzakirə edəcək. Vacib olarsa, mən də bu müzakirələrə qatılacam”.
Tramp Rusiya Prezidenti Putin və Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanla danışıqların çox yaxşı keçdiyini də vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət