Trampdan Türkiyəyə qarşı qorxunc açıqlama: "Heç kimin görmədiyi
“Türkiyə ilə çox yaxşı əlaqələrimiz var. Onlar bizim NATO müttəfiqimizdir. Amma onların çox sayda insan öldürməsini istəmirəm”.
Publika.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Luiziana ştatına səfərə çıxmadan öncə Ağ Evin bağçasında jurnalistlərə verdiyi açıqlamada səsləndirib.
ABŞ Maliyyə naziri Stiven Munçinin Türkiyəyə sanksiya tətbiq edilməsi açıqlamasını xatırladan Tramp bu sözləri deyib: “Türklər və kürdlər yüzillərdir ki, savaşır. Biz oradan (Suriyanın şimalı – red.) çıxdıq. ABŞ böyük iqtisadi gücdür. Türkiyə etməməsini istədiyimiz bir şeyi edərsə, daha əvvəl çox az ölkənin gördüyü sanksiyaları tətbiq edəcəyik”.
Tramp bildirib ki, məcburiyyət qarşısında qalsa, sanksiya tətbiq edəcək.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu tərəfindən Fərat çayının şərqindəki terrorçulara qarşı təşkil edilən “Sülh Çeşməsi” əməliyyatı davam edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət