Slimfit
  1. DÜNYA

Trampdan Türkiyə ETİRAFI: Hər kəs qorxunc olacağını demişdi

Trampdan Türkiyə ETİRAFI: Hər kəs qorxunc olacağını demişdi
Sakura

Trampdan Türkiyə ETİRAFI: Hər kəs qorxunc olacağını demişdi

“Suriya ilə Türkiyə arasındakı əsgərlərimizi geri çəkəndəə olanları xatırlayın. Hər kəs “bu, qorxuncdur” dedi. Əlbəttə, Türkiyə öz işlərinə özü həll edə bilir. Rəcəb Tayyib Ərdoğan ilə çox yaxşı əlaqələrimiz var”.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp İraqın Baş naziri Mustafa əl-Kazimi ilə baş tutacaq görüşün detallarından da danışıb: "Çox sayda əsgərimizi İraqdan çıxartdıq. Biz artıq gülünc, sonu görünməyən müharibələrdən çıxırıq. Əslində, biz əvvəldən heç getməməliydik. Düşünürəm ki, ora getmək tarixdə verdiyimiz ən səhv qərar idi. Ölkəmiz heç vaxt Yaxın Şərqdə olmamalı idi”.

Tramp, həmçinin Əfqanıstan və Suriya kimi ölkələrdən də ABŞ qoşunlarını geri çəkdiyini vurğulayıb.

Ağ Ev rəhbəri hər kəsin Suriyadan çıxmağın fəlakət olacağını söylədiyini, ancaq ortada heç bir fəlakətin olmadığını diqqətə çatdırıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR