Dərc edildi: Baxış sayı: 585
Trampdan şok: Ukrayna təyyarəsini İran vurub
İran təyyarəni yanlışlıqla vura bilər.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İranda Ukraynaya aid sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlamasında deyib.
“Təyyarə qəzaya uğradı, amma heç bir fakt təqdim edilmədi. Bu məsələ ilə bağlı pis hissiyatım var. Kimlərsə səhv etmiş ola bilər”, - deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, Tehran yaxınlığındakı 176 nəfərin öldüyü təyyarə qəzasının İranın ABŞ bazasına atdığı ballistik raketlərdən birinə təsadüfən tuş gəlməsi səbəbindən baş verdiyi ehtimalı səsləndirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət