Dərc edildi: Baxış sayı: 439
Trampdan müəmmalı Bin Laden açıqlaması
ABŞ Prezidenti Donald Tramp Həmzə bin Ladenin ABŞ tərəfindən məhv edilməsi sualına cavab verməkdən imtina edib.
Axar.az xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp Həmzə Bin Ladenin ABŞ üçün ciddi təhdid olduğunu deyib.
“Mən bunu şərh edə bilmərəm, amma o bizim ölkə üçün ciddi təhdid kəsb edirdi. O, ölkəmiz haqqında çox pis şeylər deyirdi”, - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət