Trampdan möhtəşəm mövqe: Türkiyəyə böyük jest
ABŞ Prezidenti Donald Tramp və senatorların iştirakı ilə ötən gün Ağ Evdə keçirilən görüşlə bağlı daha bir məqam üzə çıxıb.
Axar.az xəbər verir ki, CNN-in görüşdə iştirak edən iki senatora istinadla, D.Trampın Türkiyəyə sanksiya tətbiq etməmək istəyi ilə yanaşı, qardaş ölkəyə F-35 hərbi təyyarələri ilə bağlı da məhdudiyyətlərin əleyhinə olub. Onun senatorlara "Türkiyəyə F-35 təyyarələrini satmaq istəyirəm" dediyi bildirilir.
Bundan əlavə, nəşr qeyd edir ki, mətbuata bağlı qapılar arxasında keçirilən 70 dəqiqəlik görüşdə Tramp Türkiyəyə qarşı mümkün sanksiyalar və spesifik dəyərləndirmələr barədə ümumiyyətlə danışmayıb.
Qeyd edək ki, bundan öncə də "Vaşinqton Post" qəzeti Trampın Türkiyəyə qarşı sanksiya tətbiq etməkdən yana olmadığını, hətta senatorları bu istiqamətdə geri addım atmağa dəvət etdiyini yazmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət