Slimfit
  1. DÜNYA

Trampdan inanılmaz: Xaricdən yardım istəyə bilərik

Trampdan inanılmaz: Xaricdən yardım istəyə bilərik
Sakura

Trampdan inanılmaz: Xaricdən yardım istəyə bilərik

ABŞ Prezidenti Donald Tramp korrupsiyaya son qoymaq üçün hətta xarici dövlətlərdən yardım istəməyə belə hazır olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə Donald Tramp özünün Tvitter səhifəsində yazıb:

“Prezident kimi mənim borcum xarici dövlətdən və ya dövlətlərdən yardım istəmək bahasına olsa belə, ABŞ-da korrupsiyaya son qoymaqdır”.

Donald Tramp bəyan edib ki, bunun siyasətlə və ya Cozef Baydenə qarşı siyasi kampaniya ilə heç bir əlaqəsi yoxdur.

ABŞ Prezidenti, həmçinin, ölkənin sabiq vitse-prezidenti Cozef Baydenin və onun “Burisma” kompaniyasında işləyən oğlu Hanter Baydenin Ukraynadakı fəaliyyətinin təhqiq olunmasını istədiyini bildirib. Donald Tramp Çinin də Baydenlərə qarşı təhqiqata başlamalı olduğunu deyib. Onun sözlərinə görə, oğul Bayden Ukrayna və Çindən milyonlar alıb.

Xatırladaq ki, Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında bu mövzuda telefon danışığı ABŞ Konqresində Birləşmiş Ştatlar liderinin impiçmenti prosedurunun başlamasına səbəb olub. İddialara görə, Donald Tramp Zelenskidən Kiyevə maliyyə və hərbi yardım əvəzində Cozef Baydenin oğlunun Ukraynadakı fəaliyyətinə dair təhqiqata başlamağı xahiş edib.

Demokrat Co Bayden 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində Trampın əsas rəqibi sayılır.

ABŞ Prezidenti isə öz növbəsində ona qarşı başlanmış impiçment prosedurunu dövlət çevrilişi cəhdi adlandırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR