Slimfit
  1. MEDİA

“Trampa da elə bu lazım idi” – Politoloq

“Trampa da elə bu lazım idi” – Politoloq
Sakura

“Trampa da elə bu lazım idi” – Politoloq

Ağ Ev sahibi Donald Trampın iranlı generalı neytrallaşdırması qərarının ABŞ-dakı daxili siyasətlə də bağlılığı var.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Demokratlar Partiyasının üzvləri Nümayəndələr Palatasında Trampa qarşı impiçment prosedurunun başlanmasına səs vermişdilər:

“Ancaq bu qərar Senata göndərilmədi. Çünki Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan spikeri Nensi Pelosi Senatda respublikaçı çoxluğun impiçmenti təsdiq etməyəcəyini anladığından qərarı onlara göndərməyi yubadır. Bu isə Tramp üçün qəbuledilməzdir, çünki məsələyə prezidentin xeyrinə nöqtə qoyulmasını ləngidir”.

E.Şahinoğlu qeyd edib ki, bu vəziyyətdə D.Tramp İrana zərbə vurur və hamı böyük müharibədən danışır:

“Bununla Tramp demokratlara da mesaj göndərir ki, mən Amerikanın düşmənləri ilə mübarizə apararkən, siz müharibə aparan dövlətin başçısının ayağının altını qazırsınz. Amerikalıların əksəriyyəti prezidentlərini dəstəkləyəcəklər. Tramp Amerikada gündəmi dəyişməyə müvəffəq oldu. Amerikanın aparıcı televiziya kanalları artıq impiçmentdən yox, Amerika-İran qarşıdurmasından danışır və gələcək aylar üçün bu mövzu gündəmdən düşməyəcək. Trampa da elə bu lazım idi”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR