Slimfit
  1. DÜNYA

Trampa bir həftə vaxt verildi – Qərarını açıqlamalıdır

Trampa bir həftə vaxt verildi – Qərarını açıqlamalıdır
Sakura

Trampa bir həftə vaxt verildi – Qərarını açıqlamalıdır

Nümayəndələr Palatasının məhkəmə məsələləri komitəsinin rəhbəri Cerri Nadler ABŞ prezidenti Donald Trampa konqresdə ifadə verməsi barədə qərar qəbul etməyə vaxt verildiyini bildirib.

Bu barədə komitənin saytında məlumat verilir.

Qeyd edilir ki, Nadler Trampa müvafiq məktub göndərib. O, prezidentdən dekabrın 6-da axşam saatlarına qədər onun impiçmenti haqqında iş üzrə dinləmələrdə iştirak etməsi barədə cavab verməyi xahiş edib.

Xatırladaq ki, ABŞ-da sentyabr ayında Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığından sonra qalmaqal başlayıb. Bəzi məlumatlara görə, ABŞ prezidenti ona ikinci müddətə prezident seçilməsinə kömək etməyi üçün iyul telefon danışığında Ukrayna liderinə təzyiq edib və ondan keçmiş vitse-prezident Co Baydenin oğlunun fəaliyyətinin araşdırılmasına başlamasını tələb edib.

Bildirək ki, Co Bayden növbəti seçkilərdə demokratlardan prezidentliyə əsas iddiaçıdır və onun oğlu Hanter Bayden Ukraynada vaxtilə bizneslə məşğul olub.

İddiaya görə, telefon danışığı zamanı Tramp Zelenskiyə bildirib ki, Bayden və oğlu barədə araşdırma aparılmasa, ABŞ Ukraynaya 250 milyon dollarlıq yardımı dayandıracaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR