Dərc edildi: Baxış sayı: 544
Tramp və Bolsonaru Venesuelada seçkilərin keçirilməsini müzakirə edəcəklər
ABŞ Prezidenti Donald Tramp və Braziliya lideri Jair Bolsonaru gələn həftə görüşərək Venesuelada “azad və ədalətli seçkilər” kontekstində yaranmış vəziyyəti nəzərdən keçirəcəklər.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Amerika administrasiyasının yüksək çinli nümayəndəsi jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Görüş, Kolumbiya Prezidenti İvan Duke ilə keçirilən danışıqlar kimi, Venesueladakı böhranın qonşu ölkələr üçün, ABŞ üçün, xarici siyasətimiz və milli təhlükəsizliyimiz üçün əhəmiyyət daşıyır”, - deyə mənbə qeyd edib.
Administrasiya rəsmisinin sözlərinə görə, ABŞ, Braziliya və Kolumbiya “böhranın həlli” üçün səylərini davam etdirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət