Dərc edildi: Baxış sayı: 258
Tramp ÜST-lə əlaqələri kəsmək üçün Konqresə bildiriş göndərdi
ABŞ prezidenti Donald Tramp Konqresə ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə əlaqədar rəsmi bildiriş göndərib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə senator Bob Menendes deyib.
“Bu, amerikalıların həyatını və (onların - Red) maraqlarını qorumayacaq. Amerikanı xəstə və tək qoyacaq” - deyə senator “Twitter” səhifəsində yazıb.
Senator Trampın hərəkətlərini “xaotik və uyğunsuz” adlandırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət