Slimfit
  1. DÜNYA

Tramp üç ştatdakı ilkin səsvermədə qalib gəldi

Tramp üç ştatdakı ilkin səsvermədə qalib gəldi
Sakura

Tramp üç ştatdakı ilkin səsvermədə qalib gəldi

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki,Donald Tramp üç ştatda - Missuri, Miçiqan və Aydahoda Respublikaçılar partiyasının ilkin seçkilərində qalib gələrək rəqibi, ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heylini üstələyib.

Eks-prezident Missuridə səslərin 100%-ni toplayıb. Miçiqanda ona 1 575 nəfər səs verib, Heyli isə 36 seçici tərəfindən seçilib. Bu ştatda fevralın 27-də keçirilən praymerizdə Tramp 68%, Heyli 27% səs toplayıb.

Aydaho ştatında isə səslərin 77,5%-i hesablandıqdan sonra Tramp respublikaçıların 84,6%-nin dəstəyini qazanıb, seçicilərin 13,5%-i isə Heyliyə səs veriblər. Bu ştatda səslərin yarıdan çoxunu toplayan namizəd respublikaçıların 32 nümayəndəsinin hamısının dəstəyini qazanacaq.

Beləliklə də, hələ bu üç ştatda səsvermədən əvvəl Tramp 122 nümayəndənin dəstəyini alıb. Heyli isə 24 nümayəndənin səsini qazanıb.
Qeyd edək ki, ABŞ-də prezidentliyə namizədlər partiya aparatı tərəfindən təşkil edilən ilkin səsvermələr nəticəsində müəyyənləşir. Yayda keçiriləcək qurultayda konkret namizədin irəli sürülməsi məhz ilkin səsvermələrin nəticələrindən asılıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR