Dərc edildi: Baxış sayı: 490
Tramp “TikTok”a vaxt qoydu - Yoxsa bağlanacaq
Donald Tramp sentyabrın 15-nə qədər “TikTok” tətbiqini satmağı tələb edib.
“RİA Novosti” agentliyi xəbər verir ki, ABŞ prezidenti bu fikrini Ağ Evdə jurnalistlərlə keçirdiyi görüşdə dilə gətirib.
O qeyd edib ki, “Microsoft” və ya başqa iri şirkət “TikTok”u almazsa, məşhur sosial şəbəkə sentyabrın 15-də ABŞ istifadəçiləri üçün bağlanacaq.
Qeyd edək ki, ABŞ hakimiyyəti “TikTok” sosial şəbəkəsinin ölkə ərazisində bloklanması məsələsini nəzərdən keçirir.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət