Dərc edildi: Baxış sayı: 464
Tramp tibbi müayinədən keçir – İndidən seçkilərə hazırlaşır
ABŞ lideri Donald Tramp 2020-ci ildə prezident seçkiləri zamanı vaxtını səmərəli sərf etmək üçün indidən tibbi müayinədən keçməyə başlayıb.
Bu barədə Ağ Evin sözçüsü Stefani Qrişem jurnalistlərə bildirib.
“Prezident 2020-ci ildə qrafikinin çox sıx olacağını qabaqcadan hiss edərək, Vaşinqtonda boş həftəsonundan istifadə edib, Volter Rid adına hospitalda fiziki sağlamlığın planlı illik tibbi müayinəsindən qismən keçməyə başlayıb”, - deyə o qeyd edib.
Sonuncu dəfə həkimlər Amerika liderini bu ilin fevral ayında müayinə ediblər və onun səhhətində problem olmadığını müəyyən ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət