Slimfit
  1. DÜNYA

Tramp təsdiqlədi: sentyabrda Çinlə ticarət danışıqları aparacaq

Tramp təsdiqlədi: sentyabrda Çinlə ticarət danışıqları aparacaq
Sakura

Tramp təsdiqlədi: sentyabrda Çinlə ticarət danışıqları aparacaq

ABŞ Prezidenti Donald Tramp sentyabrda Çinlə ticarət danışıqları aparacağını təsdiqləyib.

Bazar günü Birləşmiş Ştatlar Çindən tədarük olunan 300 milyard dollar dəyərində malların rüsumunu yenidən 15 faiz artırıb.

ABŞ-ın Geyim və Ayaqqabı Malları Assosiasiyasının bəyanatına əsasən, yeni rüsumlar Çindən gələn 91,6 faiz geyim, 68,4 faiz ev tekstili malları və 52,5 faiz ayaqqabılara şamil olunacaq.

"Biz Çinlə danışıqlar aparırıq. Görüş, bildiyiniz kimi, əvvəlkitək sentyabra planlaşdırılır. Görək, nə olacaq! Lakin biz Çinə ölkəmizi soymağa daha icazə verə bilmərik", - deyə D.Tramp jurnalistlərə bildirib.

ABŞ lideri hesab edir ki, Çinin ticarət məsələsində ABŞ-la razılaşmaqdan başqa seçimi yoxdur.

Onun sözlərinə görə, Çin iqtisadiyyatı böyük itkilərə məruz qaldığı üçün Pekin mümkün qədər tez razılaşma əldə etmək istəyir. D.Trampın fikrincə, ABŞ iqtisadiyyatı bundan ancaq qazanır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR