Dərc edildi: Baxış sayı: 543
Tramp söz verdi: Cavab zərbəsi...
Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumun arxasında kimin dayanmasına dair ehtimallarımız var.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Vaşinqton qətiyyətli cavab addımlarına hazırdır. Lakin əvvəlcə hücumla bağlı Ər-Riyadın mövqeyini eşitmək istəyirik”, - Tramp bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Pompeo Ərəbistanın neft zavodlarına PUA hücumunun arxasında İranın dayandığını iddia etmişdi. İran isə bu ittihamı qətiyyətlə rədd etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət