Slimfit
  1. DÜNYA

Tramp silah mafiyasından qorxdu? - Qəribə açıqlama

Tramp silah mafiyasından qorxdu? - Qəribə açıqlama
Sakura

Tramp silah mafiyasından qorxdu? - Qəribə açıqlama

ABŞ Prezidenti Donald Trampın ölkədə ardıcıl olaraq odlu silahlarla törədilən cinayətlərin qarşısının alınması ilə bağlı səsləndirdiyi qəribə metod birmənalı qarşılanmayıb.

Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında belə cinayətlərə son qoymaq üçün daha çox ruhi dispanserlərin yaradılmasının vacibliyini bildirib.

“Bu insanlar (odlu silahlarla cinayət törədən şəxslər nəzərdə tutulur – red.) ruhi xəstədir. Məncə, yenidən ruhi dispanserlərin inşasına ehtiyac var. “Ruhi xəstə” ifadəsini unutmayın! Heç kim bu barədə danışmır. 1960 və 1970-ci illərdə ruhi dispanserlər qapadıldı. İnsanların küçələrə çıxmasına icazə verildi. Bu, ölkəmiz üçün qorxunc idi”, - deyə dövlət başçısı bildirib.

Trampın bu açıqlaması cəmiyyətdə bəzi dairələr tərəfindən etirazlara səbəb olub. Prezidentin nə üçün birbaşa silah satışının qadağan edilməsi yönündə açıqlama verməməsi suallar doğurub.

Bəziləri hesab edir ki, dövlət başçısı uzun illər ölkədə, eləcə də dünyada oturuşmuş silah mafiyasından çəkinərək belə açıqlama verib.

Digərləri isə bu kimi açıqlamaların milyarder prezidentin xarakterindən irəli gəldiyini vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR