Slimfit
  1. DÜNYA

Tramp savaşın yeni mərhələsini başlatdı: dolların taleyi…

Tramp savaşın yeni mərhələsini başlatdı: dolların taleyi…
Sakura

Tramp savaşın yeni mərhələsini başlatdı: dolların taleyi…

ABŞ-ın Avropadan idxal etdiyi şərab, viski, pendir və bir sıra başqa məhsullara yeni idxal vergisi tətbiq etməsi qlobal ticarət savaşının yeni mərhələyə qədəm qoyması deməkdir.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov oktyabrın 18-dən etibarən ABŞ-ın Avropadan idxal etdiyi şərab, viski, pendir və bir sıra başqa məhsullara yeni idxal vergisi tətbiq etməsi barədə qərarına münasibət bildirərkən deyib.

V.Bayramov bildirib ki, bu kontekstdən 2020-ci ildə də qlobal iqtisadi artım tempinin azalması və strateji bazarlarda volatilliyin yüksək olması gözləniləndir:

“Dünən Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edən Tramp Administrasiyası Fransa, Almaniya, İspaniya və Böyük Britaniyadan idxal edilən şərnişin təyyarələrinə 10 faiz, İrlandiya və Şotlandiya viskiləri və digər Avropa məhsullarına 25 faiz rüsüm tətbiq etmək niyyətindədir. Deməli, ticarət savaşları yeni qlobal iqtisadi böhran üçün ciddi əsaslar yaratmaqdadır.

Yeni qlobal ticarət savaşı artıq birjalara təsir göstərməkdədir. “Brent” markalı neftin bir barrelinin qiyməti 58 dollardan aşağı düşüb. Neftin qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan çox vacibdir. Ölkəmizin ixracatında xam neftin payı 81 faiz, enerji məhsullarının ümumi payı isə 90 faizə yaxındır. 2019-cu il dövlət büdcəsində neftin bir barrelinin qiyməti 60 dollar nəzərdə tutulub. Hələlik orta qiymət 60 dollardan yüksək olsa da, növbəti 3 aydakı tendensiya heç də nikbin notlar formalaşdırmır. Azərbaycan üçün fiskal qırmızı xətt 60, monetar qırmız xətt isə 50 dollardır. Bu baxımdan, neftin qiymətindəki azalmalar monetar baxımdan da arzuolunan deyil”.

V.Bayramov bildirib ki, neftin qiymətində azalmalar davam edirsə, bu, dünya bazarında dolların möhkəmlənməsinə səbəb olacaq:

“Bu halda ölkəmizdə də dollara tələbin artacağı istisna edilmir. Hər halda, qlobal ticarət savaşı nəinki inkişaf etmiş, heç inkişaf etməkdə olan ölkələr üçün də yaxşı nə isə vəd etmir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR