Dərc edildi: Baxış sayı: 507
Tramp Qrenlandiyanı alsa… - Deputatdan çağırış
Qrenlandiya parlamentinin deputatı Pele Broberq ABŞ Prezidenti Donald Trampın adanı satın almaq təklifini nəzərdən keçirməyə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə RİA yazıb.
Broberq ada sakinlərini Trampın təklifi barədə diqqətlə düşünməyə dəvət edib və sözügedən təklifin Qrenlandiyanın Danimarkadan müstəqillik almasına imkan yaradacağını qeyd edib.
“Hazırda adanın müdafiəsini Danimarka deyil, ABŞ təşkil edir. Vaşinqtonla münasibətlər qurulduqdan sonra Ağ Ev hər il adaya böyük məbləğdə vəsait ayıracaq”, - deputat bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət