Dərc edildi: Baxış sayı: 1696
Tramp Putinə zəng etdi: istefa məsələsinin müzakirəsi
ABŞ lideri Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Rusiyadakı səfiri Conatan Hantsmanın öz vəzifəsindən istefa məsələsini müzakirə ediblər.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, telefon danışığı zamanı Putinə Rusiyaya təyin edəcəyi növbəti səfirin adını açıqlayıb. Peskov həmçinin Hantsmanın vəzifədə olduğu dönəmin ABŞ-Rusiya münasibətlərinin çətin dövrünə düşdüyünü bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət