Slimfit
  1. DÜNYA

Tramp-Putin razılaşması: Əsəd qalır, İran isə...

Tramp-Putin razılaşması: Əsəd qalır, İran isə...
Sakura

Tramp-Putin razılaşması: Əsəd qalır, İran isə...

G20 sammiti ölkə rəhbərləri arasında müəyyən məsələlərin müzakirə olunması üçün çox önəmlidir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Zaur Məmmədov Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammiti haqqında danışarkən deyib.

O bildirib ki, sammitin əsas məqamlarından biri Tramp-Putin görüşü oldu:

“Dünya bu görüşü səbirsizliklə gözləyirdi. Uzun müddətdir Putin və Tramp arasında görüş keçirilmirdi. Sonuncu dəfə Helsinkidə iki lider arasında baş tutan görüşdən sonra KİV-də Trampa qarşı çox ciddi pressinqin şahidi olmuşduq. Hətta ABŞ tarixində ilk dəfə prezidentin düşmən ölkənin tərəfinə keçdiyini iddia edənlər də var idi. Təsadüfi deyil ki, yenə də görüş ərəfəsində Trampın Putinə “Bir də bizim seçkilərə müdaxilə etmə” zarafatı ciddi tənqid olunub. Lakin əslində Tramp Putinlə seçkilərə müdaxilə məsələsini daha ciddi şəkildə müzakirə etməli idi”.

Politoloq sammitin əsas mövzularından birinin Suriya böhranı olduğunu qeyd edib:

“ABŞ və Rusiya arasında olan razılaşmaya əsasən, Bəşər Əsəd Suriyada lider olaraq qalacaq və Qərb Suriyanın daxili işlərinə qarışmayacaq. Putinin istəyi Bəşər Əsədin hakimiyyətdə qalması idi ki, bu, birbaşa olaraq Rusiyanın milli maraqlarına cavab verir. Artıq bu barədə razılıq əldə edilib. ABŞ hərbçilərinin Suriyadan çıxmasını da görəcəyik. Bununla da Qərb, İsrail və ABŞ Suriyanın daxili işlərinə qarışmayacaq. Əvəzində isə Putin İran hərbçilərinin və İrana yaxın qruplaşmaların Suriyadan çıxarılmasını öhdəsinə götürə bilər. Əslində, bu, çox çətin məsələdir. Çünki İran Suriyadan, Livandan, Yəməndən çıxsa, rəsmi Tehranı bu gün güclü regional liderə çevirən elementlər yoxa çıxa bilər. İran hakimiyyəti isə bununla razılaşmayacaq. Lakin hesab edirəm ki, İran öz hərbçilərini münasibətlərin yumşalması üçün İsrail sərhədlərindən 200 km aralıda yerləşdirəcək. Çünki ABŞ-la münasibətlərin nisbətən düzəlməsində Tehran özü də maraqlıdır”.

Politoloq həmçinin G20 sammitinin dünyada yaşanan gərginliklərin həlli istiqamətində önəmli rol oynayacağını bildirib:

“Bütün sammitlərdə olduğu kimi, bu sammitdə də müzakirə olunan məsələlər çox önəmlidir. Ümumiyyətlə, bundan əvvəlki sammitlərin praktikasına baxsaq, görərik ki, belə görüşlərin keçirilməsi dünyada yaşanan gərginliklərin həlli istiqamətində mühüm rol oynayır”.

Qeyd edək ki, iyunun 28-də Osakada G20 ölkələrinin dövlət və hökumət başçılarının sammiti rəsmi olaraq işə başlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR