Dərc edildi: Baxış sayı: 501
Tramp prezident seçkiləri ilə bağlı fikrini dəyişdi: “Gecikmə istəmirəm”
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinq zamanı 2020-ci ilin noyabrına nəzərdə tutulmuş seçkilərin təxirə salınmasını istəmədiyini bildirib.
Bu barədə “Reuters” məlumat yayıb.
O bildirib ki, səsvermənin poçt vasitəsilə keçirilməsi ideyasını bəyənmir, çünki bülletenlər itə və seçkilər pozula bilər.
“Mən gecikmə istəmirəm. Seçkilərin baş tutmasını istəyirəm. Ancaq mən üç ay gözlədikdən sonra bütün bülletenlərin yoxa çıxdığını öyrənmək istəmirəm”, - deyə D.Tramp bildirib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət