Dərc edildi: Baxış sayı: 517
Tramp “pisin pisi”ni Suriyadan çıxardı
ABŞ Prezidenti Donald Tramp İŞİD terror qruplaşmasının “Bitlz” adlı cəlladlar qrupundan 2 terrorçunun Suriyadan aparıldığını açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə Tramp Tvitter hesabında yazıb.
“Kürdlərin və ya Türkiyənin nəzarəti itirməsi ehtimalını nəzərə alaraq, ABŞ artıq 2 İŞİD döyüşçüsünü buradan çıxarıb və ABŞ nəzarətindəki əraziyə aparıb. Onlar pisin pisidir!” - Tramp bildirib.
Qeyd edək ki, Trampın Türkiyədən tələblərindən biri də türk ordusunun girdiyi ərazilərdəki həbsxanalarda olan İŞİD-çilərə nəzarətdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət