Dərc edildi: Baxış sayı: 496
Tramp Pelosinin dəvətini qəbul etdi: Konqresə gedir...
Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin dəvətini qəbul etdim, fevralın 4-də Konqresdə "Birliyin vəziyyəti" nitqini söyləyəcəyəm.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Qeyd edək ki, N.Pelosi Trampa göndərdiyi məktubda bunları vurğulayıb:
"Qurucu atalarımız bir-birlərini idarə etmək üçün səlahiyyətlərin ayrılmasına əsaslanan bir Konstitusiya hazırladılar. Konstitusiya bəzən Prezidenti birliyin vəziyyəti haqqında Konqresi məlumatlandırmağa çağırır. Konqresdə sizi 4 fevral 2020-ci ildə çıxışa dəvət edirəm".
Qeyd edək ki, demokrat Pelosi Trampa qarşı impiçment təşəbbüsünün əsas tərəfdarıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət