Tramp onu qapıda gözlədi – Ağ Evdə gizli görüş
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə özünü Venesuelada dövlət başçısı elan edən müxalifət lideri Xuan Quaydo ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Tramp Quaydonu Ağ Evin giriş qapısında gözləyib.
Görüşdən əvvəl mətbuata verilməsi nəzərdə tutulan açıqlama səbəb göstərilmədən ləğv edilib. Əsas görüş də bağlı qapılar arxasında baş tutub.
Quaydo Trampdan əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens və digər dövlət rəsmiləri ilə bir araya gəlib.
ABŞ hökuməti tərəfindən dəstəklənən Xuan Qoaydo Venesuela Ali Məhkəməsinin xarici səfərlə bağlı qoyduğu qadağaya baxmayaraq, yanvarın 19-da Kolumbiyaya gedərək paytaxt Boqotada keçirilən beynəlxalq tədbirdə iştirak edib. Tədbirdə ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşən Quaydo daha sonra Davos Forumunda iştirak etmək üçün İsveçrəyə getmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət