Dərc edildi: Baxış sayı: 337
Tramp Nyu-Yorkdan köçəcəyini açıqladı
Amerika Birləşmiş Ştatlarının Prezidenti seçilməzdən əvvəl Nyu-Yorkdakı “Trump Tower” göydələni ABŞ liderinin əsas iqamətgahı olaraq bilinirdi.
ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkun yerli icra orqanlarının davranışlarının pis olmasına görə şəhər xəzinəsinə vergi ödəmək istəmədiyini açıqlayıb. Odur ki, ABŞ lideri vergi orqanlarına şəxsi yaşayış yerini Floridaya köçürdüyünü bildirib:
“Hər il şəhərə, ştata və yerli hakimiyyətə milyonlarla dollar vergi ödəməyimə baxmayaraq, həm şəhərin, həm də dövlətin yerli siyasi rəhbərləri tərəfindən mənə çox pis münasibət göstərilir.
Onlar çox az insana bu qədər pis rəftar ediblər. Mən oradan köçməyi, həqiqətən, istəmirdim, amma düşünürəm ki, bu, hamı üçün ən doğrusu olacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət