Slimfit
  1. DÜNYA

Tramp Nümayəndələr Palatasında impiçment dinləmələrini tarixdə ən qərəzli adlandırıb

Tramp Nümayəndələr Palatasında impiçment dinləmələrini tarixdə ən qərəzli adlandırıb
Sakura

Tramp Nümayəndələr Palatasında impiçment dinləmələrini tarixdə ən qərəzli adlandırıb

ABŞ prezidenti Donald Tramp ötən il Nümayəndələr Palatasında impiçmentlə bağlı keçirilmiş dinləmələri tarixdə ən qərəzli adlandırıb və demokratlar qarşısında Senatdakı impiçment proseduru çərçivəsində dürüst prosesi təmin etmək tələbini irəli sürüb.

Report” TASS-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı fikirlərini özünün “Twitter”dəki səhifəsində yazıb.

"(Nyu-York ştatından Senatda demokratik azlığın lideri) Ağlağan Çak Şumer bildirib ki, amerikalılar Senatda dürüst proses (impiçment üzrə görə) istəyirlər. Həqiqət, amma niyə əsəbi (Konqresin Nümayəndələr Palatasının spikeri) Nensi Pelosi və korrupsiyaya uğramış diribaş (aşağı palatanın Kəşfiyyat üzrə Xüsusi Komitəsinin başçısı) Adam Şiff Nümayəndələr Palatasında dürüst prosesi təmin etmədi?” - Tramp qeyd edib.

“Bu Konqresin tarixində ən qərəzli və qeyri-düzgün dinləmələr idi!", - deyə o əlavə edib.

ABŞ-ın qanunverici orqanının yuxarı palatasında respublikaçı əksəriyyətin lideri Mitç Makkonnellin sözlərinə görə, Senatda impiçment proseduru 21 yanvarda başlana bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR