Dərc edildi: Baxış sayı: 595
Tramp müəllim və şagirdlərin məktəbdə namaz qıla biləcəyini bəyan etdi - İbrətamiz...
ABŞ Prezidenti: “Dövlət qanunları heç vaxt insanlarla Allah arasında durmamalıdır...”
Donald Tramp administrasiyası gözlənilmədən dindar müəllim və məktəblilərin, o cümlədən müsəlmanların təhsil müəssisələrində qarşılaşdıqları çətinliklərə diqqət etməyə başlayıb.
Moderator.az xəbər verir ki, Ağ Evin son qərarlarına əsasən, şagirdlərin dini özünüifadə hüququ pozulduğu təqdirdə dövlət məktəbləri federal maliyyələşdirmə siyahılarından xaric edilə bilər. Ayrıca ABŞ Prezidenti Milli Dini Azadlıq günü şərəfinə əvvəllər dini ayrı-seçkiliyə məruz qalmış İslam, Xristianlıq və Yəhudilik dinlərinə sitayiş edən müəllimləri Ağ Evə dəvət edib. D.Tramp bəyan edib ki, dövlətin qanunları heç vaxt insanlarla Allah arasında durmamalıdır...
Tədbirdə Prezident Tramp oyunlardan sonra meydanda ibadət etməyi dayandırmaqdan imtina etdikdən sonra işini itirən Vaşinqton orta məktəblərindən birinin futbol məşqçisi Cozef Kennedini tərifləyib və müdafiə edib.
“NPR” nəşrinin məlumatına görə, ABŞ Təhsil Nazirliyi bütün 50 ştatdakı müvafiq səlahiyyət sahiblərinə məktəblərdə şagird və müəllimlərin dini azadlıq hüquqlarından istifadə etdikləri üçün diskriminasiyaya məruz qala bilməyəcəklərini xatırladan məktub göndərib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət