Slimfit
  1. DÜNYA

Tramp Milli Qvardiyanı Kenoşaya göndərir

Tramp Milli Qvardiyanı Kenoşaya göndərir
Sakura

Tramp Milli Qvardiyanı Kenoşaya göndərir

ABŞ-ın Viskonsin ştatında yerləşən Kenoşa şəhərində iğtişaşlar zamanı baş verən atışma nəticəsində həlak olanların sayı iki nəfərə çatıb.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Məlumata əsasən, artıq üçüncü gündür ki, davam edən iğtişaşlar zamanı daha üç nəfər odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Şəhərdə tətbiq olunan komendant saatına baxmayaraq, Afrika əsilli amerikalı Ceykob Bleykomun polis tərəfindən yaralanmasına etiraz əlaməti olaraq keçirilən aksiyalar səngimək bilmir. Polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Etirazçılardan bəziləri avtomobillərin şüşələrini sındırmağa başlayıb. Nəticədə üzərində odlu silah gəzdirən aksiya iştirakçıları və onlara mane olmağa çalışan silahlı avtomobil sahibləri arasında atışma baş verib.

ABŞ nümayəndələri iğtişaşların olduğu Viskonsin ştatının Kenoşa şəhərinə asayişi qorumaq üçün federal qüvvələri və Milli Qvardiyanın əsgərlərini göndərəcək.

Bu barədə Prezident Donald Tramp Tvitter hesabında bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR