Slimfit
  1. DÜNYA

Tramp məxfi sənədlərlə bağlı məhkəmənin təxirə salınmasını istəyib

Tramp məxfi sənədlərlə bağlı məhkəmənin təxirə salınmasını istəyib
Sakura

Tramp məxfi sənədlərlə bağlı məhkəmənin təxirə salınmasını istəyib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məhkəmədən məxfi sənədlərlə düzgün işlənilməməsi ilə bağlı işin başlanmasını təxirə salmağı xahiş edib.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Florida ştatının cənub dairəsi üzrə federal məhkəmənin məlumat bazasında dərc edilmiş bəyanatda deyilir.

Sənəddə qeyd edilib ki, Tramp prosesə 2024-cü il prezident seçkiləri başa çatdıqdan sonra başlamağı tələb edir. ABŞ-ın xüsusi prokuroru Cek Smit məhkəmənin iyulun 8-də başlamasını istəyib.

Qeyd edək ki, 2022-ci ilin avqustunda Trampın Floridadakı Mar-a-Laqo malikanəsində aparılan axtarış zamanı Federal Təhqiqat Bürosunun əməkdaşları ümumilikdə 102 sənəd ələ keçiriblər. Onlardan 17-si “tam məxfi” kimi təsnif edilib.

Respublikaçı Tramp iddia edir ki, onun tərəfində heç bir qanun pozuntusu olmayıb. Çünki o, dövlət başçısı kimi əlində olan bütün sənədləri məxfiliyi ləğv etmək səlahiyyətinə malikdir. Eks-prezident ona qarşı ittihamların irəli sürülməsini demokrat Co Baydenin başçılıq etdiyi ABŞ hakimiyyətinin ruhlandırdığı sırf siyasi qərar kimi xarakterizə edir. Respublikaçılar Partiyasının bəzi tanınmış simaları da hazırkı administrasiyanı işi siyasiləşdirməkdə ittiham edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR