Tramp Mayk Pensin köməkçisini tənqid edib
ABŞ prezidenti Donald Tramp Konqresdəki dinləmələrin gedişatında Ukrayna lideri Vladimir Zelenski ilə Amerika liderinin iyulun 25-dəki telefon söhbətinin "yersiz" olduğunu bildirən ölkənin vitse-prezidenti Mayk Pensin köməkçisi, xarici kəşfiyyatın əməkdaşı Cennifer Uilyamsı tənqid edib.
"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"dəki səhifəsində yazıb.
"Cennifer Uilyamsa deyin ki, kim olursa-olsun, prezident zənglərinin hər iki şifrəsini oxusun və Ukraynadan indi qəbul edilmiş bəyanata baxsın. Sonra o, Trampın başqa rəqibləri ilə görüşməlidir, hansılar ki, mən tanımıram və ümumiyyətlə heç vaxt onların çox hissəsinin prezidentə hücumu hazırlamaları haqqında eşitməmişəm!" - deyə Tramp "Twitter"də yazıb.
Daha əvvəl Tramp impiçment çərçivəsində Konqresdə ifadələrlə çıxış edən ABŞ-ın Ukraynadakı keçmiş səfiri Mari Yovanoviçin ünvanına tənqid səsləndirib.
Ağ Evin mətbuat katibi Stefani Qrişem bildirib ki, ABŞ prezidentinin Birləşmiş Ştatların Ukraynadakı keçmiş səfirinin ünvanına sosial şəbəkədəki fikirləri təhdid deyil, sadəcə şəxsi fikirlər olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət