Tramp Makronla danışdı: Korona ilə bağlı ciddi müzakirə
ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla telefon əlaqəsi saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Hər iki lider koronavirus pandemiyasını (COVİD-19) tez bir zamanda aradan qaldırmaq və virusun iqtisadi təsirlərini minimuma endirmək üçün müzakirələr aparıblar. Tərəflər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi beynəlxalq təşkilatlara yardım etmək üçün G7, G20 ölkələri, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Çin, Fransa, Rusiya, İngiltərə, ABŞ) arasında əməkdaşlığın vacibliyini vurğulayıb.
Prezidentlər eyni zamanda, ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar”, - məlumatda bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət