Tramp istintaq işi ilə bağlı şahidlərin siyasını hazırladı
ABŞ Prezidenti Donald Tramp haqqında aparılan istintaqla bağlı respublikaçılardan Co Baydenin oğlu Hanter Baydenin və Ukrayna görüşünü şikayət edən kimliyi açıqlanmayan müxbirin də ifadə verməsini istəyib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı "Anadolu" agentliyi yayıb. Məlumata görə, respublikaçılar Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiffiyə göndərdikləri şahid siyahısında dindirilənlər arasında onların olmasını tələb ediblər.
Komitənin üzvü Devin Nunes də açıqlamasında istintaqın ədalətli olması üçün siyahıdakıların hamısının çağırılmasının lazım olduğunu bildirib.
Qeyd edək ki, Donald Trampın sabiq vitse-prezident və ABŞ prezidentliyinə demokratların namizədi Co Baydenin Ukraynada biznes fəaliyyəti ilə məşğul olan oğlu ilə bağlı araşdırılma aparılması üçün Zelenskiyə təzyiq etdiyi haqda məlumat yayılıb. Nümayəndələr Palatası buna görə impiçment araşdırmasına başlamaq qərarı verib.
Ağ Ev isə telefon danışığının stenoqramını yaymaqla məlumatı təkzib edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət