Dərc edildi: Baxış sayı: 513
Tramp İranla danışıqlar istəyir - Obrayen
ABŞ Prezidenti Donald Tramp İranın hələ də saxladığı amerikalıların azad edilməsi və nüvə probleminin həlli üçün bu ölkə ilə qeyd-şərtsiz danışıqlar aparmaq istəyir.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen deyib.
“Biz istərdik ki, onlarla digər saxlanılanlar barədə danışaq. İran nüvə proqramından və regiondakı zərərli fəaliyyətindən əl çəkməyincə sanksiyalar və maksimal təzyiq ortadan qalxmayacaq. İstəyirik ki, hər bir amerikalı evində olsun”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət