Dərc edildi: Baxış sayı: 588
Tramp: İran hücum edərsə, dərhal...
Tehran ABŞ hərbi bazasına və ya hansısa amerikalıya hücum edərsə, Vaşinqton dərhal cavab verəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında qeyd edib. O bildirib ki, İran tərəfindən hücum olarsa, ABŞ yeni silahlarından istifadə edəcək:
"ABŞ yeni hərbi texnikaya 2 trilyon dollar xərcləyib. İran ABŞ bazasına və ya hər hansı bir amerikalıya hücum edərsə, mükəmməl və yeni silahlarımızı gecikmədən o ölkəyə göndərəcəyik".
Qeyd edək ki, Donald Tramp bundan əvvəl İranı 52 obyektə zərbə endirməklə hədələmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət