Dərc edildi: Baxış sayı: 483
Tramp indi də İraqı hədələdi: Elə sanksiyalar olacaq ki...
ABŞ Prezidenti Donald Tramp İraqı düşmənçilik edəcəyi təqdirdə sanksiyalara məruz qoymaqla hədələyib.
Axar.az xəbər verir ki, o, bu barədə İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması ilə bağlı qəbul etdiyi qətnaməni şərh edərkən danışıb.
Tramp bildirib ki, Bağdad Vaşinqtona ödəniş etməyincə ABŞ qoşunları İraqdan çıxmayacaq:
"Bizim orada çox bahalı aviabazamız var. Onun tikintisi milyardlarla dollara başa gəlib. Onlar bunun üçün bizə ödəniş etməyincə, heç yana getməyəcəyik".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət