Tramp impiçmentlə bağlı sorğunun nəticələri ilə razılaşmayıb
ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalının Birləşmiş Ştatlar sakinlərinin 50%-dən çoxunun dövlət başçısının impiçmentini dəstəkləməsi ilə bağlı sorğusunun nəticələrini qeyri-dəqiq hesab edir.
"Report" xəbər verir ki, bu barədə Tramp özünün "Twitter"dəki səhifəsində yazıb.
"Fox News"un sorğuları, həmişəki kimi qeyri-dəqiqdir, güclü şəkildə demokratlara tərəf əyilirlər. Bu gülməlidir. 2016-cı ildə də belə idi. Onlar hər şeyi yanlış etdilər", - deyə ABŞ prezidenti bildirib.
Telekanalın saytında dərc edilmiş sorğunun nəticələrinə əsasən 50% respondent Trampın impiçment yolu ilə hakimiyyətdən kənarlaşdırılmasını dəstəkləyir. Sorğuda iştirak edənlərin 4%-i impiçmentlə razılaşıblar. Lakin istefanın əleyhinə çıxıblar.
Respondentlərin 41%-i bildirib ki, onlar impiçmentə qarşıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət