Slimfit
  1. DÜNYA

Tramp impiçment prosedurunda ona qarşı ifadə verənləri işdən çıxardı

Tramp impiçment prosedurunda ona qarşı ifadə verənləri işdən çıxardı
Sakura

Tramp impiçment prosedurunda ona qarşı ifadə verənləri işdən çıxardı

ABŞ prezidenti Donald Tramp impiçmenti proseduru çərçivəsində Konqresin Nümayəndələr Palatasında ona qarşı ifadə vermiş Birləşmiş Ştatların Avropa İttifaqı yanında daimi nümayəndəsi Qordon Sondladı vəzifəsindən azad edib.

Report” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

“Prezident Qordon Sondlandı vəzifəsindən azad edib. O, (impiçment prosedurunda-red) vəzifəsindən çıxarılan ikinci şahiddir”, - nəşr qeyd edib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidentinə qarşı ifadə vermiş Milli Təhlükəsizlik Şurasının polkovnik-leytenantı Aleksander Vindman da vəzifəsindən kənarlaşdırılıb. Vindmanla yanaşı, onun əkiz qardaşı, şurada hüquqşünas işləyən Yegveni Vindman da işdən çıxarılıb.

Ağ Ev hələ bununla bağlı rəsmi məlumat yaymayıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR