Dərc edildi: Baxış sayı: 695
Tramp iki ölkəyə müqaviləni imzalatdırdı
ABŞ Prezidenti Donald Tramp Kanada və Meksika ilə yeni USMCA razılaşması imzalayıb.
Axar.az xəbər verir ki, imzalanma mərasimi zamanı ABŞ Prezidenti Donald Tramp USMCA-nı daha balanslaşmış müasir ticarət müqaviləsi adlandırıb.
“Bu, 50 ştatın hamısı üçün qələbədir. Yeni ticarət razılaşması ÜDM-nin 1,2% artımına, eləcə də yeni iş yerlərinin yaradılması anlamına gəlir. Bu razılaşma ABŞ kənd təsərrüfatı üçün inkişafa səbəb olacaq”, - deyə o bildirib.
Qeyd edək ki, USMCA Meksika, ABŞ və Kanada arasında bağlanmış yeni azad ticarət razılaşmasıdır. Yeni saziş Şimali Amerika Azad Ticarət Zonası Razılaşmasını (NAFTA) əvəzləyəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət