Tramp hirslənib - "Çinə vergiləri iki dəfə artırmaq istəyir"
CNBC-də yer alan xəbərə görə, məsələ ilə bağlı məlumat verən üç mənbə, ABŞ Prezidenti Donald Trampın Çinin gömrük vergilərinə cavab verməsinə çox qəzəblənib və tarifləri iki dəfə artırmaq istədiyini bildiriblər.
ABŞ Prezidenti Donald Trampın, 1 Sentyabrda Çinə tətbiq etməyə qərar verdiyi əlavə gömrük vergilərinə cavab olaraq Çin tərəfinin 23 Avqustda 75 milyard dollar ABŞ məhsullarına əlavə gömrük vergisi tətbiq etmək qərarı verməsinə çox hirsləndiyi bildirilir.
"Marja" xəbər verir ki, məsələ ilə bağlı məlumat verən üç mənbəyə görə, Tramp ilk reaksiya olaraq Ağ Evdə dərhal bir iclas keçirib və Çinə tətbiq edilən əlavə gömrük tariflərinin iki dəfə artırılmasını müzakirə edib.
Xəzinə naziri Stiven Mnuchin, ABŞ Ticarət Nümayəndəsi Robert Lighthizer və bəzi şirkət rəhbərləri Prezident Trampa belə bir həmlənin iqtisadiyyat və səhmlərə mənfi təsirləri barədə xəbərdarlıq ediblər.
ABŞ Prezidenti Donald Tramp 23 Avqustda bazarlar bağlı olan zaman yazdığı "tweet"də 550 milyard dollar dəyərindəki Çin məhsuluna tətbiq edilən əlavə gömrük vergisini 5 faiz qaldırdığını bildirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət