Slimfit
  1. DÜNYA

Tramp: Helikopter təyyarə ilə toqquşmanın qarşısını almaq üçün istiqamətini dəyişməli idi

Tramp: Helikopter təyyarə ilə toqquşmanın qarşısını almaq üçün istiqamətini dəyişməli idi
Sakura

Tramp: Helikopter təyyarə ilə toqquşmanın qarşısını almaq üçün istiqamətini dəyişməli idi

Vaşinqton üzərində sərnişin təyyarəsi ilə toqquşan “Black Hawk” hərbi helikopterinin ekipajı istiqamətini dəyişməli idi. O zaman faciənin qarşısını almaq olardı.

“Report” ABŞ KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O, hərbi helikopterdəkilərin aydın gecədə eniş üçün yaxınlaşan sərnişin təyyarəsini niyə görmədiyi və toqquşmanın qarşısını almadığı sualını qaldırıb.

"Təyyarə hava limanına gedən yolda ideal, normal trayektoriya ilə hərəkət edirdi. Helikopter uzun müddət təyyarəyə doğru uçurdu. Gecə aydın idi, təyyarənin işıqları parlaq yanırdı, niyə helikopter qalxmadı, enmədi və ya dönmədi? Nəyə görə nəzarət qülləsi helikopter ekipajına nə edəcəyini demədi, əvəzində təyyarəni görüb-görmədiklərini soruşdu? Bu, qarşısı alınmalı olan pis vəziyyətdir. Bu pisdir!", - o yazıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR