Slimfit
  1. DÜNYA

Tramp həbs edilməsinə hazırdır

Tramp həbs edilməsinə hazırdır
Sakura

Tramp həbs edilməsinə hazırdır

ABŞ-ın keçmiş prezidenti və yeni müddətə dövlət başçısı olmağa namizəd Donald Tramp etiraf edib ki, biznes sənədlərini saxtalaşdırdığına görə ona qarşı iş üzrə Nyu-Yorkda hakim müvafiq qərar qəbul edərsə, o, həbs cəzasına hazırdır.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə “Fox News” xəbər verib.

ABŞ-ın keçmiş prezidentinə ev dustaqlığına, yoxsa cəza kimi həbs edilməsinə hazır olub-olmadığı soruşulub. O isə cavabında deyib: “Mən bununla razı olacam”. O, belə bir nəticənin mümkünlüyünü etiraf edib.

Qeyd edək ki, Nyu-Yorkda hakimlər heyəti ABŞ-nin sabiq prezidenti Donald Trampı keçmiş pornoaktrisa Stormi Danielsə pul ödəyərkən “Trump Organisation”un maliyyə sənədlərini saxtalaşdırmaqda təqsirkar bilib.

Tramp 34 ittihamın hər biri üzrə təqsirli bilinib. Hakim yekun hökmü iyulun 11-də verəcək. Siyasətçini 130 ildən çox müddətə həbs cəzası gözləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR