Dərc edildi: Baxış sayı: 276
Tramp fırıldaqçılıq işinə görə 175 milyon dollar girov qoyub
ABŞ-nin keçmiş prezidenti Donald Tramp ittiham olunduğu dələduzluqla bağlı 175 milyon dollar girov qoyub.
Ens.az 525.az-a istinadən xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Tramp istiqrazı "Knight Specialty" sığorta şirkəti vasitəsilə təmin edib. Məhkəmə siyasətçinin təqsirli olmaması ilə bağlı şikayətinə baxması üçün girov tələb edilib.
Qeyd edək ki, fevralın ortalarında məhkəmə keçmiş prezident Trampı aktivlərini saxtakarlıq yolu ilə qiymətləndirməkdə təqsirli bilib və onu 355 milyon dollar cərimələyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət