Dərc edildi: Baxış sayı: 390
Tramp Əfqanıstanda açıqladı: Taliban sülh istəyir
Taliban qruplaşması ABŞ-la sülh müqaviləsi bağlamaq istəyir.
Axar.az xəbər verir ki, bu sözləri Əfqanıstanda səfərdə olan ABŞ Prezidenti Donald Tramp deyib.
“Baxacağıq, anlaşma istəyirlərmi deyə...” - Tramp əfqan həmkarı Əşrəf Qani ilə görüşündə qeyd edib.
Ağ Ev rəhbəri əlavə edib ki, ölkəsi Əfqanıstanda hərbçilərinin sayını ciddi şəkildə azaldaraq 8600-ə endirib:
“Biz müqavilə imzalana və qələbə tam təmin olunana qədər burada qalacağıq”.
Qeyd edək ki, amerikalı prezident gözlənilmədən Əfqanıstana səfər edib. Onun səfəri ilə bağlı ictimaiyyətə öncədən açıqlama verilməmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət