Dərc edildi: Baxış sayı: 523
Tramp donanmanı ona həvalə edəcək
ABŞ Prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi vəzifəsinə vitse-admiral Maykl Gildeyi təyin etmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” nəşri yazıb.
Nəşrin məlumatına görə, Tramp Gildeyi seçməyə məcbur olacaq, çünki bundan əvvəlki namizəd vitse-admiral Uilyam Moren vəzifədən imtina edib. Ölkə başçısı artıq iyulun 10-da Ağ Evdə bununla bağlı müzakirə keçirib və demək olar ki, Gildey sözügedən vəzifəyə təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət