Dərc edildi: Baxış sayı: 497
Tramp demokratları 'nifrət partiyası' adlandırıb
ABŞ prezidenti Donald Tramp bildirib ki, Demokrat Partiyası ona impiçmenti elan etmək cəhdlərinə görə "nifrət partiyası" olub.
"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki hesabında yazıb.
"Sol radikallar, avara demokratlar nifrət partiyası oldular", - deyə Tramp "Twitter"də yazıb.
ABŞ prezidenti əlavə edib ki, impiçmentə məruz qalması cəhdlərini ədalətsiz hesab edir.
Qeyd edək ki, dekabrın 10-da ABŞ-ın Nümayəndələr Palatasında Demokrat Partiyanın nümayəndələri Donald Trampın impiçmenti proseduru çərçivəsində ittihamnamənin layihəsini təqdim ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət