Tramp dediyini etsə, İsraili vuracağıq - Rzayi
Tramp və əsgərlərindən intiqam alacağıq, buna şübhə yoxdur.
Axar.az xəbər verir ki, bunu SEPAH-ın keçmiş rəhbəri, İran Ali dini lideri yanında Məsləhət Şurasının katibi Möhsün Rzayi deyib. O, ABŞ Prezidenti Donald Trampın dediyi kimi, İrana hücum edərsə, o halda Hayfa və İsrailin əhəmiyyətli mərkəzlərini yerlə-yeksan edəcəklərini bildirib.
Rzayi Trampın Süleymaninin ölüm əmrini verməklə beynəlxalq hüququ pozduğunu deyib:
“İraq parlamenti ABŞ qüvvələrinin ölkədən çıxarılmasına qərar verdi. Biz ABŞ-ın bölgədən tamamilə çıxarılması məsələsində mübarizə aparacağıq və Qasım Süleymaninin yolunu davam etdirəcəyik”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın mədəniyyət abidələri də daxil olmaqla, 52 obyektinin hədəfə alındığı barədə açıqlama yaymışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət